Əli Bayramlı şəhər sakini Şakir Şahgəldiyev 4 nəfəri odlu silahdan atəş açaraq qətlə yetirmişdir
03.07.2006Saat 17:00 radələrində, Əli Bayramlıda, şəhər sakini, 1979-cu il təvəllüdlü Şakir Şahgəldiyev evində qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq anası Mətanəti və bacısı Xəyaləni qətlə yetirmişdir. Sonra Ş.Şahgəldiyev «Bağ evləri» adlanan yaşayış sahəsinə getmiş və orada yaşayan məşuqəsi Zəminə Əhmədovanı və onun anası Yasəməni də həmin silahdan atəş açaraq qətlə yetirmişdir. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Şahgəldiyev tutulmuş, ondan 1 ədəd ov tüfəngi və 9 ədəd patron götürülmüşdür.