Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 44 cinayət faktı qeydə alınmışdır

20.02.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
  • 8 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.