Quldurluq etməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Valeh Bədəlov tutulmuşdur
17.02.2011Fevralın 17-də saat 21.00 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində İsmayıllı rayon sakini Valeh Bədəlov Biləcəri qəsəbə sakini, tanışı Şahin Əhmədova məxsus "VAZ-2108" markalı avtomaşında ona bıçaqla xəsarət yetirib 2000 manat pul verməsini tələb etmişdir.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bədəlov tutulmuşdur.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bədəlov tutulmuşdur.