Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Şənlik kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.02.2011

Fevralın 17-də saat 12.15 radələrində Ağcabədi rayonunun Şənlik kəndi ərazisində rayon sakini Sakit Axundovun idarə etdiyi "QAZ-24" markalı və Ucar rayon sakini Orxan Mirzəliyevin idarə etdiyi "Mercedes-190" markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə O.Mirzəliyevin sərnişini, Bakı şəhər sakini Aybəniz Ağayeva hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və O.Mirzəliyevin digər sərnişinləri, həmyerliləri Şəfəq Rəhimova və Tamara Rəhimova xəstəxanaya yerləşdirilmişlər.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

17.02.2011 tarixinə olan kriminal məlumatlar