Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğuz rayonu ərazisində RPŞ-nin əməkdaşları tərəfindən rayon sakinləri S.Mehralıyevin və F.Ağayevin idarə etdikləri avtomaşınlarda müvafiq sənədləri olmayan meşə materialları aşkar edilmişdir

16.02.2011

Fevralın 15-də Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində RPŞ-nin əməkdaşları tərəfindən kənd sakini Süleyman Mehralıyevin idarə etdiyi "ZİL" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilmişdir.
Avtomaşında müvafiq sənədləri olmayan 6,3 kubmetr meşə materialları aşkar edilmiş və araşdırmalar aparılması üçün sürücü avtomaşınla birgə Oğuz RPŞ-yə gətirilmişdir.
Elə həmin gün Yemşənli kəndi ərazisində RPŞ-nin əməkdaşları tərəfindən Astarxanovka kənd sakini Fariz Ağayevin idarə etdiyi "QAZ-53" markalı avtomaşına da nəzarət qaydasında baxış keçirilmişdir.
Avtomaşında müvafiq sənədləri olmayan 6,3 kubmetr meşə materialları aşkar edilmiş və araşdırmalar aparılması üçün sürücü avtomaşınla birgə RPŞ-yə gətirilmişdir.

16.02.2011 tarixinə olan kriminal məlumatlar