Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonu ərazisində Ağstafa rayon sakini F.Quliyev idarə etdiyi avtomaşını aşırmışdır

16.02.2011

Fevralın 16-da saat 08.00 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Ağstafa rayon sakini Fəxrəddin Quliyev idarə etdiyi "Mercedes-208" markalı avtomaşını aşırmışdır. Nəticədə F.Quliyevin sərnişini, Tovuz rayon sakinləri Nuranə Qarayeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Sevda Əliyeva, Cəbrayıl Sadıqov, Nadir Ocaqquliyev və Əsəd Əmirli isə xəstəxanaya yerləşdirilmişlər. S.Əliyevaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərilərinin vəziyyətləri isə qənaətbəxşdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

16.02.2011 tarixinə olan kriminal məlumatlar