Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonu ərazisində Ağdam rayon sakini M.Qədirov idarə etdiyi avtomaşını ağaca vurmuşdur

16.02.2011

Fevralın 16-da saat 09.10 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini Musa Qədirov idarə etdiyi Ağdam rayon Kənd Təsərrüfatı Kollecinə məxsus "VAZ-21063" markalı avtomaşını ağaca vurmuşdur. Nəticədə M.Qədirov hadisə yerində ölmüş, sərnişini, nəvəsi Şəbnəm Qədirovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

16.02.2011 tarixinə olan kriminal məlumatlar