Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayevdən “Makarov” markalı tapança və 25 kiloqram 220 qram həşiş götürülmüşdür

14.02.2011

Fevralın 13-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayev Biləsuvar rayonu ərazisində 1 kiloqram həşişi satarkən ona yaxınlaşan polis əməkdaşı istiqamətində tapançadan atəş açmış, bu zaman xəsarət alan olmamışdır.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində S.Babayev zərərsizləşdirilərək tutulmuşdur. Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança və 25 kiloqram 220 qram həşiş götürülmüşdür.

14.02.2011 tarixinə olan kriminal məlumatlar