Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Fevralın 7-də qətlə yetirilmiş Gəncə şəhər sakini Siddiqə Əliyevanı qətlə yetirmiş şəxslər müəyyən edilmişdir

14.02.2011

Respublika Baş Prokurorluğu, DİN Baş Cinayət-Axtarış İdarəsi, Gəncə ŞPİ və şəhər prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Gəncə şəhər sakini Siddiqə Əliyevanın şəhər sakini Zəhra Rüstəmova, Göygöl rayon sakinləri, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən  İlham Əsədov və onun qardaşı Faiq tərəfindən qətlə yetirilməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində Z.Rüstəmova və F.Əsədov tutulmuş, İ.Əsədovun tutulması üçün tədbirlər davam etdirilir.

14.02.2011 tarixinə olan kriminal məlumatlar