Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Şirvan" quru yük gəmisində təmir işləri aparılan zaman yanğın baş vermişdir

14.02.2011

Fevralın 14-də saat 21.25 radələrində, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus "İlham Allahverdiyev" adına Gəmi Təmiri Zavodunun körpüsündə "Şirvan" quru yük gəmisində təmir işləri aparılan zaman gəminin burun hissəsində yanğın baş vermişdir. Nəticədə zavodun işçiləri Şaiq Mirzəyev, Geysəddin Xilidov, Sabir Aşurov, Yurka Qarayev, Rafiq Qarayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.
R.Qarayev orada ölmüş, Y.Qarayevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyəti isə qənaətbəxşdir.

14.02.2011 tarixinə olan kriminal məlumatlar