Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əkbərov tutulmuşdur

13.02.2011

Fevralın 13-də saat 15.00 radələrində naməlum şəxs Binəqədi rayonu Mircəlal küçəsi ev 11-in girişində həmin evdə yaşayan Həmayil Məmmədovanı bıçaqla hədələyərək pul və mobil telefonunu verməsini tələb etmişdir.
H.Məmmədova səs-küy salaraq müqavimət göstərdiyindən, həmin şəxs qaçmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədərək "Mersedes" markalı avtomaşında qaçmaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Əkbərov Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

13.02.2011 tarixinə olan kriminal məlumatlar