Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində qəza hadisəsi baş vermişdir

14.02.2011

Fevralın 14-də saat 00.50 radələrində şəxsiyyəti müəyyən edilməmiş sürücü tərəfindən idarə edilən "Mercedes" markalı mikroavtobus Qaradağ rayonu ərazisindəki hündürlüyü 6 metr olan körpüdən dəmir yolu xəttinin üstünə aşmış və hərəkətdə olan Bakı-Horadiz-Astara sərnişin qatarı ilə vurulmuşdur.
Nəticədə "Mercedes" markalı avtomaşının xəsarət almış sərnişinlər, Xırdalan şəhər sakinləri Mehdi Vəliyev, Nigar Əhmədəliyeva, Aysel Əhmədova, Ucar rayon sakinləri Sevil Fətəliyeva və Nişan Allahverdiyeva xəstəxanaya yerləşdirilmişlər.
Hadisə ilə əlaqədar saat 00.50-dən 02.30-dək dəmir yolunda qatarların hərəkəti dayanmışdır.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

14.02.2011 tarixinə olan kriminal məlumatlar