Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayonunun Topalhəsənli kənd sakini Gülavatın Namazovanın meyiti tapılmışdır

12.02.2011

2010-cu ilin noyabr ayının 21-də Göygöl rayonunun Topalhəsənli kəndi ərazisindən keçən Gəncə çayının sahilində üzərində sıyrılma xəsarətləri olan kənd sakini Gülavatın Namazovanın meyiti tapılmışdı.
Faktla əlaqədar başlanmış cinayət işinin istintaqı zamanı G.Namazovanın 2010-cu ilin noyabr ayının 19-da həmkəndliləri Vüqar Cəfərov, Kamil Yusibov, Boran Musayev, Elgün Məmmədov və Cavid Əmiraslanov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilmişdir.
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Cəfərov, K.Yusibov, B.Musayev, E.Məmmədov tutulmuşlar. C.Əmiraslanovun tutulması üçün tədbirlər davam etdirilir.

12.02.2011 tarixinə olan kriminal məlumatlar