Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Saatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

12.02.2011

Fevralın 12-də saat 12.30 radələrində Bərdə rayonunun Saatlı kəndi ərazisində rayon sakini İlqar Qarayev idarə etdiyi "Mercedes" markalı avtomaşını yolun kənarında dayanmış "ZİL-130" markalı avtomaşına vurmuşdur. Nəticədə İ.Qarayev və sərnişinləri, həmyerliləri Cəmil Hüseynov, Vüsal Rüstəmov və Babək Rüstəmov xəsarət almışlar.
İ.Qarayev və C.Hüseynov xəstəxanaya aparılarkən yolda ölmüş, digərləri isə xəstəxanaya yerləşdirilmişlər.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

12.02.2011 tarixinə olan kriminal məlumatlar