Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

11.02.2011

Fevralın 11-də saat 00.10 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini Elsevər Məmmədovun idarə etdiyi "Mercedes" markalı və Maştağa qəsəbə sakini Hacıağa Məmmədovun idarə etdiyi "Reno" markalı avtomaşınlar toqquşmuş, sonradan "Reno" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə H.Məmmədov və sənişini Zöhrab Ağayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Nəzakət Nəzirova isə xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

11.02.2011 tarixinə olan kriminal məlumatlar