Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin inzibati binasının qarşısında icazəsiz piket cəhdinin qarşısı alınmışdır

09.02.2011

Fevralın 9-da saat 11.00 radələrində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin inzibati binasının qarşısında Beynəlxalq Diaspora Mərkəzinin 30-40 nəfər nümayəndəsi icazəsiz piket keçirməyə cəhd göstərmişdir.
Cəhdin qarşısı alınmış, onlardan 4 nəfəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilmiş, xəbərdarlıq edildikdən sonra buraxılmışlar.
Saat 13.00 radələrində həmin yerdə 15-20 nəfər yenidən icazəsiz piket keçirməyə cəhd göstərmişlər.
Cəhdin qarşısı alınmış və 4 nəfər 9-cu Polis Bölməsinə gətirilmişdir. Onlardan 3 nəfəri cərimə olunmuş, 1 nəfərinə isə xəbərdarlıq edildikdən sonra buraxılmışlar.

09.02.2011 tarixinə olan kriminal məlumatlar