Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

2-ci Zabrat qəsəbə sakini Fariz Qafarov oğurluğa cəhd etmiş şəxsi saxlamışdır

10.02.2011

Fevralın 10-da 2-ci Zabrat qəsəbə sakini Fariz Qafarov DİN-in “102” Xidmətinə zəng edərək evinə girmiş naməlum şəxsi saxlaması barədə məlumat vermişdir.
Dərhal hadisə yerinə DİN-in Çevik Polis Alayının əməkdaşları gəlmiş, oğurluğa cəhd göstərmiş 2-ci Zabrat qəsəbəsi ərazisindəki evlərdən birində kirayədə yaşayan, Şəmkir rayon sakini Rasim Hüseynov Sabunçu RPİ-yə təhvil verilmişdir.