Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradaq rayonu İ.Nəbiyev küçəsində Z.Əsədova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən P.Əliyev və C.Quliyev tutulmuşlar

08.02.2011

Fevralın 8-də saat 02.30 radələrində Qaradaq rayonu İ.Nəbiyev küçəsində Lökbatan qəsəbə sakini Zəfər Əsədova məxsus mağazadan qapını sındırmaq yolu ilə 20 manat pul, danışıq kartları və ərzaq məhsulları oğurlanmışdır.
Qaradaq RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri Pərviz Əliyev və Cəlal Quliyev tutulmuşlar.
P.Əliyevin və C.Quliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, fevralın 7-də qəsəbə sakinləri Vahid Zeynalova məxsus mağazadan 104 manat pul oğurlamaları, Səlim Salmanova məxsus aptekdən və Akif Hacıyevə məxsus mağazadan isə qapıları sındırmaq yolu ilə oğurluğa cəhd göstərmələri müəyyən edilmişdir.

08.02.2011 tarixinə olan kriminal məlumatlar