Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu M.Hadi küçəsindəki şadlıq sarayından oğurluq etməkdə şübhəli bilinən Qusar rayon sakini A.Məcidov tutulmuşdur

08.02.2011

Cari il yanvarın 19-na keçən gecə Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakini Elman Məhərrəmova məxsus şadlıq sarayından açar seçmək yolu ilə 4 ədəd televizor və 1 ədəd videokamera oğurlanmışdır.
DİN-in Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qusar rayon sakini Ayaz Məcidov tutulmuşdur.

08.02.2011 tarixinə olan kriminal məlumatlar