Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazadan oğurluqa cəhd göstərmiş Binəqədi qəsəbə sakini Ə.Aslanov tutulmuşdur

07.02.2011

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də R.Axundov küçəsində Hümbət Ələkbərova məxsus mağazadan oğurluqa cəhd göstərmiş Binəqədi qəsəbə sakini Əbülfət Aslanov tutulmuşdur.
Ə.Aslanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, cari il yanvarın 8-nə keçən gecə C.Cabbarlı küçəsində  Binəqədi qəsəbə sakini Nazim Vəliyevə məxsus mağazadan da 100 manat pul və ərzaq məhsullarını oğurlaması müəyyən edilmişdir.

07.02.2011 tarixinə olan kriminal məlumatlar