Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Müşfiq qəsəbəsi ərazisindəki binaların liftlərinin əyləclərini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri T.Şükürlü, E.Hümbətov və Binəqədi qəsəbə sakini A.Qədirov tutulmuşlar

07.02.2011

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müşfiq qəsəbəsi ərazisindəki binaların liftlərinin əyləclərini oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Teymur Şükürlü, Elnur Hümbətov və Binəqədi qəsəbə sakini Adil Qədirov tutulmuşlar.
T.Şükürlünün, E.Hümbətovun və A.Qədirovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, fevralın 1-nə keçən gecə Müşfiqabad qəsəbəsindəki 8 №-li evin girişindən də 2 ədəd lift əyləcini oğurlamaları müəyyən edilmişdir.

07.02.2011 tarixinə olan kriminal məlumatlar