Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Azadlıq prospektində 3 avtomaşın toqquşmuşdur

07.02.2011

Fevralın 7-də saat 21.25 radələrində Binəqədi rayonu Azadlıq prospektində Gürcüstan vətəndaşı Maqsud Məhərrəmovun idarə etdiyi "Mercedes" markalı, Bakı şəhər sakini Elman Mərəyevin idarə etdiyi "Audi" markalı və Yevlax rayon sakini Mirxas Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Mərəyevin xəsarət almış sərnişini, Bakı şəhər sakini Nərgiz Əhmədova xəstəxanaya aparılarkən yolda ölmüş, M.Məhərrəmovun sərnişinləri, Bakı şəhər sakinləri Aygün Məmmədova və Aygün Mahmudova isə xəstəxanaya yerləşdirilmişlər. A.Mahmudovaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

07.02.2011 tarixinə olan kriminal məlumatlar