Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır

15.07.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır. Gün ərzində 13 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.