Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay və Ağsu rayonları ərazisində əsmiş güclü külək zərər yetirmişdir

06.02.2011

Fevralın 6-da Göyçay rayonu ərazisində əsmiş güclü küləkdən rayonun Z.Bünyadov və Natəvan küçələrində 5 və 2 mərtəbəli binaların dam örtüyü yararsız hala düşmüş, Nizami və R.Rza küçələrində, rayon stadionunda ümumilikdə 3 işıq dirəyi aşmış, 4 ağac sınmış, Potu kəndində 1 elektrik dirəyi aşmış saat 13.00-dan 21.00-dək elektrik enerjisinin verilməsində fasilə yaranmışdır.
Fevralın 6-da Ağsu rayonu ərazisində əsmiş güclü küləkdən M.Hüseyn küçəsindəki 5 mərtəbəli binanın dam örtüyünün bir hissəsi  uçaraq həmin binada yaşayan Məcid Quliyevə məxsus "Mercedes" markalı, Qəni Qəniyevə məxsus "VAZ-2107" markalı və Elman Novruzova məxsus "VAZ-21011" markalı avtomaşınların üstünə düşmüşdür.
Nəticədə xəsarət alan olmamış, avtomaşınlara ziyan dəymişdir.

06.02.2011 tarixinə olan kriminal məlumatlar