Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Bəxtiyar Rəhimov və Emin Əbilov tutulmuşlar

05.02.2011

Cari il yanvarın 3-də Suraxanı rayonu Heydər Əliyev prospektində yolun kənarında quraşdırılmış 24 ədəd işıq plafonunun üst qapaqları, yanvarın 19-dan 22-dək olan müddət ərzində isə həmin prospektdəki dekorativ hasardan 235 metr uzunluğunda mis məftil oğurlanmışdır.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekorativ hasardan 235 metr uzunluğunda mis məftili oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri Bəxtiyar Rəhimov və Emin Əbilov tutulmuşlar.
B.Rəhimovdan 0,244 qram, E.Əbilovdan isə 0,211 qram heroin götürülmüşdür.

05.02.2011 tarixinə olan kriminal məlumatlar