Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

05.02.2011

Fevralın 5-də saat 16.30 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində qəsəbə sakini Vüqar Səfərova məxsus "Niva" markalı və rayon sakini Mürsəl Mürsəlova məxsus "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Sonradan idarəetməni itirmiş V.Səfərov avtomaşını ilə yolun kənarında dayanmış qəsəbə sakini Ceyhun Ləzgiyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş C.Ləzgiyev orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

05.02.2011 tarixinə olan kriminal məlumatlar