Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zabrat qəsəbə sakini H.Vəliyevin evindən silah-sursat aşkar edilərək götürülmüşdür

03.02.2011

Yanvarın 22-də saat 14.00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisindəki qəbiristanlıqda Samir Ağayevin dəfn mərasimində Ağdam rayon sakini Nicat Məmmədov Zabrat qəsəbə sakini Mahir Əsədullayevlə münaqişə etdikləri üçün Zabrat qəsəbə sakini Hacı Vəliyevin "TT" markalı tapançadan havaya bir dəfə atəş açması müəyyən edilmişdir.
Sabunçu RPİ, 13-cü və 15-ci PB əməkdaşları tərəfindən H.Vəliyevin evinə baxış keçirilmiş, oradan 1 ədəd xaricdə istehsal olunmuş "TT"  markalı, 1 ədəd "DQFM" markalı, 1 ədəd "Barabella" markalı tapançalar və 19 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülmüşdür.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Vəliyev və atası Xeybər Vəliyev saxlanılmışlar.