Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

01.02.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
  • 3 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

01.02.2011 tarixinə olan kriminal məlumatlar