Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayon sakini Knyaz Rüstəmova qarşı quldurluq etmiş şəxslərdən 1 nəfər tutulmuş, digər 2 nəfər isə müəyyən edilmişdir

01.02.2011

Cari il yanvarın 30-da saat 19.00 radələrində Gəncə şəhəri ərazisində 3 naməlum şəxs Göygöl rayon sakini Knyaz Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı avtomaşına sərnişin qismində oturub Şəmkir rayonuna gedəcəklərini bildirmişlər. Şəmkir rayonunun Seyfəli kəndi ərazisində onlar K.Rüstəmovu bıçaqla hədələyərək 22 manat pulunu və mobil telefonunu almışlar.  
Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Sabir Məmmədov tutulmuş, həmyerliləri Asim Allahverdiyev və Kamran İsmayılov isə müəyyən edilmişlər.  
Nizami RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

01.02.2011 tarixinə olan kriminal məlumatlar