Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara Qaz Kompressor Stansiyasında gözətçisinin ov tüfəngini oğurlamaqda şübhəli bilinən Seymur Məmmədov tutulmuşdur

30.01.2011

Yanvarın 30-da Astara Qaz Kompressor Stansiyasında gözətçi işləyən İbrahim Nəsirov RPŞ-yə ərizə ilə müraciət edərək yanvarın 3-də Astara Qaz Kompressor Stansiyasından ona məxsus 1 ədəd "İJ-58" markalı ov tüfənginin oğurlanmasını bildirmişdir.
Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Məmmədov tutulmuş və  tüfəng ondan götürülmüşdür.   
S.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, yanvarın 5-də və 17-də Qaz Kompressor Stansiyasının həyətindən 12 metr uzunluğunda armatur və 10 ədəd dəmir borunu da oğurlaması müəyyən edilmişdir. Faktla əlaqədar RPŞ-yə ərizə ilə müraciət olunmuş və cinayət işi başlanmışdır.