Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayon sakini Elnur Əliyevin idarə etdiyi avtomaşında müvafiq sənədləri olmayan meşə materialı aşkar edilmişdir

30.01.2011

Yanvarın 29-da saat 22.40 radələrində DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini Elnur Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşına nəzarət qaydasında baxış keçirilmişdir. Avtomaşında müvafiq sənədləri olmayan 20 kubmetr meşə materialı aşkar edilmiş və araşdırmalar aparılması üçün Şəki ŞRPŞ-nə təhvil verilmişdir.