Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini Ramiz Əsgərov və Bakı şəhər sakini Nazim Əliyev tutulmuşlar

29.01.2011

Yanvarın 29-da 2 naməlum şəxs Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqələrinin birinə gələrək, oranın müdiri Qasım Mustafayevi tapança ilə hədələyərək içərisində pul olan çantanı aparmağa cəhd göstərmişlər. Nərimanov Rayon Mühafizə İdarəsi və 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Ramiz Əsgərov və Bakı şəhər sakini Nazim Əliyev tutulmuş, onlardan 1 ədəd "Kanas" markalı tapança götürülmüşdür.

29.01.2011 tarixinə olan kriminal məlumatlar