Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Arvadı Lətifəni və onun qohumları - Qobustan qəsəbə sakinləri Aysel Sultanovanı və onun qardaşı Elçini balta ilə qətlə yetirməkdə şübhəli bilinən Mehdiyev Yusif Əziz oğlu saxlanılmışdır

30.01.2011

Yanvarın 30-da saat 02.00 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan 1952-ci il təvəllüdlü Lətifə Mehdiyeva və qohumları -  Qobustan qəsəbə sakinləri 1989-cu il təvəllüdlü Aysel Sultanovanın və onun qardaşı 1995-ci il təvəllüdlü Elçinin balta ilə qətlə yetirilmiş meyitləri tapılmışdır. İsti izlərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayət hadisəsini törətmiş şəxs – mərhum Lətifə Mehdiyevanın həyat yoldaşı 1954-cü ildə Yevlax şəhərində anadan olmuş Mehdiyev Yusif Əziz oğlu saxlanılmışdır.