Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Vüqar Heydərov və Emin Dadaşov 5 kiloqram civəni 20000 dollara satarkən tutulmuşlar

28.01.2011

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vüqar Heydərov və Emin Dadaşov 5 kiloqram civəni 20000 dollara satarkən tutulmuşlar.
E.Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri  nəticəsində civəni Hövsan qəsəbəsi, Abşeron Quşçuluq Sovxozunun ərazisində yaşayan Səməd Mövlamovdan alması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mövlamov tutulmuş, onun həyətinə baxış zamanı oradan 65 kiloqram civə aşkar edilərək götürülmüşdür.

28.01.2011 tarixinə olan kriminal məlumatlar