Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 48 cinayət faktı qeydə alınmışdır

27.01.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı 4 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər yaralanmışdır.
  • 12 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 59 nəfər tutulmuşdur.

27.01.2011 tarixinə olan kriminal məlumatlar