Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Yevlax yolunun Ağdaş rayonu Yenikənd kəndi ərazisində yol-qəza hadisəsi

27.06.2006

Saat 10:00 radələrində, Bakı-Yevlax yolunun Ağdaş rayonu Yenikənd kəndi ərazisində, Kükər kənd sakini, İsmayıl Hüseynovun idarə etdiyi "VAZ-21011" markalı və Ağdaş rayon sakini Telman Güləliyevin idarə etdiyi "Qaz-53" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış İ.Hüseynovun sərnişinləri, Mingəçevir şəhər sakinləri Mustafa Tahirov, Könül Əliyeva, Şəhla Tahirova və bacısı Şəlalə xəstəxanaya yerləşdirilmişlər. M.Tahirov və Şəhla orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.