DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
27.06.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini İbrahim Abdiyevdən 0,721 qram heroin götürülmüşdür. İ.Abdiyevə narkotik vasitəni 30 manata satmış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Camal Ağayev tutulmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Balakən RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sarıbulaq kənd sakini Nizaməddin Kamalov və Mahamalar kənd sakini Saleh Bayramov 1 kiloqram marixuananı şərti alıcıya 1000 dollara satarkən tutulmuşlar. Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lənkəran rayon sakini Rauf Həşimov 0,249 qram heroini şərti alıcıya 20 manata satdığına görə tutulmuşdur.