Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zəngilan rayon sakini Ərkinaz Həsənovanı qətlə yetirməkdə şübhəli bilinən bacısının oğlu Elvin Heydərli tutulmuşdur

24.01.2011

Yanvarın 24-də saat 10.00 radələrində Suraxanı rayonu Zığ qəsəbəsindəki 1 saylı Yataqxananın 15-ci otağında, orada yaşayan Zəngilan rayon sakini Ərkinaz Həsənovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır.
DİN Baş Cinayət-Axtarış İdarəsi, Suraxanı RPİ və Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Həsənovanın bacısının oğlu Elvin Heydərli tutulmuşdur.

24.01.2011 tarixinə olan kriminal məlumatlar