Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis əməkdaşı Babək Xudiyevə kəsici alətlə xəsarət yetirmiş şəxslər müəyyən edilmişdir

24.01.2011

Sabunçu RPİ əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulmuş Rasim Mirzəyevin və Nemət Cəfərovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2010-cu il dekabrın 12-də Yeni Ramana qəsəbə sakinləri Kamran Babayev və Orxan Əsgərovla birgə polis əməkdaşı Babək Xudiyevə xuliqanlıq zəminində kəsici alətlə xəsarət yetirmələri müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində K.Babayev və O.Əsgərov tutulmuş və aidiyyəti üzrə Suraxın RPİ-yə təhvil verilmişlər.
Faktla əlaqədar cinayət işi başlanmışdır.

24.01.2011 tarixinə olan kriminal məlumatlar