Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini Anar İbrahimov tutulmuşdur

22.01.2011

Yanvarın 19-da Yasamal rayonu Z.Xəlilov küçəsində naməlum şəxs həmin küçədə yaşayan Kamran Abdullayevi bıçaqla hədələyərək ondan 80 manat pul almışdır.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Anar İbrahimov tutulmuşdur.
A.İbrahimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, yanvarın 19-da A.Şərifzadə küçəsindəki mağazada, orada satıcı işləyən Cahət Quluzadəni də bıçaqla hədələyərək 200 manat pulu xəzinədən götürüb getməsi müəyyən edilmişdir.

22.01.2011 tarixinə olan kriminal məlumatlar