Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonu C.Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi

22.01.2011

Yanvarın 22-də saat 12.40 radələrində Yevlax rayonu C.Mustafayev küçəsində rayon sakini Qaçay Mirzəyevin idarə etdiyi "Karvan" futbol klubuna məxsus "Daewoo" markalı avtobusla Bərdə rayon sakini Elşən Abdullayevin idarə etdiyi "Tatra" markalı avtomaşın toqquşmuşdur. Nəticədə Q.Mirzəyevin xəsarət almış sərnişinləri, klubun futbolçuları, Yevlax rayon sakini Amil Orucova, Bərdə rayon sakinləri Elşən Abdullayevə, Eldəniz Orucova, Ramil Mehdiyevə, İmişli rayon sakini Nicat Gülməmmədova,  Gəncə şəhər sakinləri  Fərid Məmmədova və Rövşən Vəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

22.01.2011 tarixinə olan kriminal məlumatlar