Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

24.06.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 29 cinayət faktı qeydə alınmışdır ki, onların da 28-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır. Gün ərzində 5 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.