Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.06.2006

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Süleymanovun mənzilinə baxış zamanı 1 kiloqram 221,95 qram marixuana aşkar edilərək götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Akif Əzimovdan 12,94 qram marixuana, Sakit Zahidovdan 9,264 qram heroin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lənkəran şəhər sakini Xalid Yusubovdan 0,342 qram heroin, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məmmədovdan 0,251 qram heroin, Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zəka Əsgərovdan 0,327 qram heroin, Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şüvəlan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Məmmədovdan 12,44 qram marixuana götürülmüşdür.