Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mehman Kərimov tutulmuşdur

17.01.2011

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Nərimanov rayonu Ə.Ağaoğlu küçəsində Bakı şəhər sakini Əmir Alışova məxsus mağazadan 24 ədəd danışıq kartı və 80 manat pul oğurlamaqda şübhəli bilinən həmyerlisi Mehman Kərimov tutulmuşdur.
M.Kərimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, 2010-cu ilin dekabr ayının 21-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Elşad Bayramova məxsus mağazadan 32 ədəd danışıq kartını da oğurlaması müəyyən edilmişdir.

17.01.2011 tarixinə olan kriminal məlumatlar