Gün ərzində 48 cinayət faktı qeydə alınmışdır
14.01.2011
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
- 4 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.