Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 48 cinayət faktı qeydə alınmışdır

14.01.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 48 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
  • 4 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 35 nəfər tutulmuşdur.

14.01.2011 tarixinə olan kriminal məlumatlar