Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.06.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Mingəçevir şəhər sakini Nurəddin Əliyevdən 26 qram marixuana, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Kiçiknicatdan 0,236 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 6 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Samir Acalovla görüşə gəlmiş, Yeni Günəşli qəsəbə sakini Kəmalə Zamanovadan 1,253 qr heroin götürülmüşdür.