Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində "Akkord" ASC-nə məxsus zavodun həyətindən oğurluq etməkdə şübhəli bilinən bir qrup Bakı şəhər sakini tutulmuşdur

14.01.2011

2010-cu il noyabr ayının 5-dən cari ilin yanvar ayının 10-dək olan müddət ərzində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində "Akkord" ASC-nə məxsus Əhəng Zavodunun həyətindən 1 ədəd elektrik mühərriki, 20 metr uzunluğunda elektrik kabeli və inşaat materialları oğurlanmışdır.
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Seymur İsmayılov, Sənan Bəkirov, Elşad Məcidov, Taleh Mürsəliyev və Elçin Ağayev tutulmuşlar.

14.01.2011 tarixinə olan kriminal məlumatlar