Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Qobustan qəsəbə sakini Böyükağa Hüseynov tutulmuşdur

13.01.2011

Yanvarın 6-da Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Fəxrəddin Aslanova məxsus "Teymur" kiçik müəssisəsindən qapının qıfılını sındırmaq yolu ilə 6 ədəd mühərrik oğurlanmışdır.     
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.

13.01.2011 tarixinə olan kriminal məlumatlar