Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşın qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Vüsal Mehdiyev tutulmuşdur

10.01.2011

Yanvarın 10-da Xırdalan şəhər sakini Mustafa Hətəmov Abşeron RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün saat 06.00 radələrində şəhər ərazisindən "Nigar-N" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus "MİDİBUS SAZ NP-37" markalı ağ rəngli sərnişin avtobusunun Cəlilabad rayon sakini Vüsal Mehdiyev tərəfindən qaçırıldığını bildirmişdir.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın yanvarın 11-də Quşçuluq yaşayış sahəsinin ərazisində saz vəziyyətdə tapılmış, V.Mehdiyev isə tutulmuşdur.

10.01.2011 tarixinə olan kriminal məlumatlar